Xalq artistləri seminar keçirəcəklər

Xalq artistləri seminar keçirəcəklər
16:36 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirəcək.

Seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

Seminarlar istedadlı gənclərin yaradıcılıq səviyyəsinin təkmilləşdirilməsinə təkan verəcək. Yaradıcı gənclər üçün seminarlar noyabr-dekabr aylarında Kinematoqrafçılar İttifaqında keçiriləcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR