Saakaşvilinin daha bir silahdaşı istefa verdi

Saakaşvilinin daha bir silahdaşı istefa verdi
16:43 14 Noyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada “gürcü islahatçıları”nın sıraları getdikcə seyrəlir.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu gün Ukrayna Milli Polisinin başçısı Xatiya Dekanoidze istefa haqqında ərizə yazıb.

“Obozrevatel” şəxsi mənbələrə istinad edib və hələ rəsmi məlumat yoxdur. Nəşrin informasiyasına əsasən, Xatiya Dekanoidzeni müvəqqəti olaraq onun birinci müavini Vadim Troyan əvəz edəcək.

Qeyd edək, “gürcü islahatçıları”nın istefası noyabrın 7-də başlanıb. İlk olaraq Odessa vilayətinin polis rəisi Giorgi Lortkipanidze, noyabrın 8-də vilayətin qubernatoru, Gürcüstan sabiq prezidenti Mixail Saakaşvili, noyabrın 14-də isə Odessa gömrüyünün başçısı Yuliya Maruşevskaya istefa verib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR