Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib

Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib
16:57 14 Noyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyinə Aİ və Azərbaycan arasında yeni razılıq əldə olunması üçün danışıqlar aparılması ilə bağlı mandat verib.
"Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşmanı əvəz etməlidir.
Yeni sənəd, həmçinin Aİ-nin və Azərbaycanın bu gün üzləşdiyi problemləri və qarşıya qoyulan məqsədləri nəzərə almalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ai-ve-azerbaycan-arasinda-danisiqlarin-aparilmasi-ucun-mandat-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR