Günəşliyə ilbizlər daraşıb - FOTO

Günəşliyə ilbizlər daraşıb - FOTO
17:05 14 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunun Günəşli kəndinə ilbizlər daraşıb. Bu il ölkə ərazisində müşahidə edilən intensiv yağışlar ziyanvericilərin sayının artmasına şərait yaradıb.

Milli.Az bildirir ki, rayonun kənd sakinləri report-a deyiblər ki, ilbizlərə bağlarında və təsərrüfat apardıqları ərazilərdə hər il rast gəlsələr də, bu il onların sayının hədsiz çox olduğunu müşahidə edirlər.
Bu heyvanlar kənddə gənc bağ bitkilərinin yarpaqlarını və yetişmiş məhsulu tamamilə məhv edir: "Bu il yağan yağışların miqdarı çox olub və ilbizlərin də sayı xeyli artıb. Əkdiyimiz bütün məhsulları, məsələn, buğdanı, kartofu tərg edirlər. Düzdür, ilbiz keçən il də var idi, amma bu il lap çoxdur və məhsullarımızı məhv edir".

Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən (DFNX) "Report"a bildirilib ki, yağıntının miqdarı bu il çox düşdüyü üçün ilbiz kimi ziyanvericilərin sayı da artıb, onlar xüsusi olaraq gecələr fəallaşır. DFNX bu ziyanvericilərdən qurturlmaq üçün təsərrüfat sahiblərinə iki mübarizə üsulunun təsirli olduğunu tövsiyə edib: "İlkin olaraq mexaniki üsulla onlara qarşı mübarizə aparmaq olar. Belə ki, əgər ziyanvericilər sahəyə daxil olmayıblarsa, kənardadırlarsa, təsərrüfatın kənarında xəndəklər qazmaq lazımdır. Bu zaman ziyanvericilər oraya düşüb, məhv olacaqlar. Lakin ilbizlər artıq sahəyə nüfuz ediblərsə, onlara qarşı kimyəvi mübarizə üsulu tətbiq etmək lazımdır. Məsələn, ziyanvericilərin üzərinə duz çiləməklə onları məhv etmək mümkündür. Habelə, zəruri kimyəvi preparatlar və gübrələr də təsirlidir".  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR