Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb
17:07 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda deyilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-perakende-ticaret-dovriyyesi-2-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR