3 avtomobil toqquşdu: yaralılar var

3 avtomobil toqquşdu: yaralılar var
17:12 14 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda ağır yol qəzası baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, üç avtomobilin toqquşması nəticəsində 2-si kişi, 4-ü qadın olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahilə Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR