FIFA referilərimizin siyahısında yeni ad

FIFA referilərimizin siyahısında yeni ad
17:17 14 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

2017-ci il üçün FIFA referilərinin adları təsdiqlənib. Uzun müddətdən sonra Azərbaycanın FIFA hakimlərinin siyahısında dəyişiklik olub. 


Fanat.Az "CBC Sport"a istinadla xəbər verir ki, yeni ildən ölkəmizi beynəlxalq arenada Əliyar Ağayev və Rəhim Həsənovla birlikdə Ömər Paşayev də təmsil edəcək.  


Paşayev bu siyahıda Orxan Məmmədovu əvəzləyib. 2014-cü ildən FIFA referisi olan Orxan Məmmədov beynəlxalq arenada 9 oyun idarə edib. O, sonuncu dəfə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Domjale" - "Lusitans" matçına təyinat alıb.   


1988-ci il doğumlu Ömər Paşayev 2012-ci ildən Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alır. İngilis və rus dillərini mükəmməl bilir.  


Qeyd edək ki, Ömər Paşayev müstəqil Azərbaycanın tarixində 13-cü FIFA referisidir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR