Rusiyada iqtisadi geriləmə zəifləyir

Rusiyada iqtisadi geriləmə zəifləyir
17:32 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin III rübündə illik müqayisədə 0,4% təşkil edib. "Report"un "Kommersant" saytına istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiya Statistika Komitəsi tərəfindən verilib. 
Qeyd edək ki, Komitənin göstəriciləri daha öncə İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən açıqlanan rəqəmlərlə üst-üstə düşüb. Rusiya ÜDM-i 2016-cı ilin ilk rübündə 1,2%, II rübdə isə 0,6% azalma göstərib.
Xatırladaq ki, İİN Rusiya iqtisadiyyatının IV rübdə artım göstərəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-iqtisadi-gerileme-zeifleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR