"Yarızarafat bir söhbət olub" - Elxan Abdullayev

"Yarızarafat bir söhbət olub" -   Elxan Abdullayev
17:37 14 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+


"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "İnter"in bir neçə futbolçusunu heyətə cəlb etmək istəmələrinə dair yayılmış xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:


"Bu, cəfəngiyyat və sərsəm açıqlamadır. Heç kim heç kimi tovlayıb yanına aparmır. Sadəcə, yarızarafat bir söhbət olub. Onu da mən millidə olarkən futbolçuların öz klublarındakı işləri ilə maraqlanarkən demişəm. Bunu "Qarabağ"ın da futbolçularına demişəm, "İnter"in də, digər klubların da. Yəni zarafatyana demişəm ki, hansınızsa klubsuz qalsanız, "Neftçi"nin qapıları üzünə həmişə açıqdır. Özü də bunu millinin məşqçisi kimi söyləmişəm. Hər halda millinin məşqçisi kimi hansısa futbolçumuzun klubsuz qalmasını istəmərəm".


"Mən heç kimə klubunu atıb "Neftçi"yə keçməyini söyləməmişəm. Yenə də deyirəm ki, bu barədə söhbət zarafatyana edilib. Kimisə tovlayıb "Neftçi"yə gətirmək mümkün deyil. "İnter"də çıxış edən futbolçuların Robert Prosineçki ilə ayrıca görüşməsi barədə deyilənlər də yalandır".


"Ümumiyyətlə, bu məsələ ətrafında niyə belə səs-küy qaldırıldığını anlamıram. Bilirsiniz ki, hansısa futbolçunun klubu ilə müqaviləsinin müddətinin başa çatmasına altı ay qalmış onunla nəinki danışıq aparmaq, hətta müqavilə də bağlamaq olar? Bu, Avropada normal təcrübədir və bizdə də qadağan edilməyib. Amma hətta buna rəğmən bizim heç bir futbolçu ilə ciddi söhbətimiz olmayıb".


Prosineçkinin millidəki köməkçisi həmçinin Şimali İrlandiyadan qayıdarkən futbolçuların televizor alıb gətirməsinə dair xəbərləri də şərh edib: "Mən heç o televizorları görməmişəm. Hətta kimsə alsaydı da belə, bunu oyundan dərhal sonra etməzdi. Sizi əmin edirəm ki, komanda üzvlərindən heç kim Bakıya televizor alıb gətirməyib".




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyarzarafat-bir-sohbt-olubquot-t54147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR