Ərdoğan: “Mən də çobanam, hamınız çobansınız”

Ərdoğan: “Mən də çobanam, hamınız çobansınız”
17:43 14 Noyabr 2016
162 Dünya
Ölkə mətbuatı
A- A+

“Çobanlığa qeyri-ciddi yanaşmayın. Mən də çobanam, çobanlığın fəlsəfəsini anlamayan idarəçilik edə bilməz”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə milli əkinçilik layihəsi üçün təşkil edilən mərasimdə deyib.

“Peyğəmbərimiz belə buyuyur: Hamınız çobansınız, hamınız islədiklərinizə görə cavabdehsiniz. İnsan oğlu əkinçiliyi və heyvandarlığı bacarmasaydı, mədəniyyətlər qurulmazdı”, - Ərdoğan bildirib.

Ölüm cəzasının bərpa olunması üçün səslənən təkliflərə toxunan Türkiyə prezidenti növbəti dəfə bildirib ki, parlamentdən keçəcəyi halda, müvafiq qanunu təsdiqləyəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR