Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar

Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar
17:47 14 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasındakı Avropa çempionatında tarix yazan cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Vətənə qayıdıb. 
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma üzvlərini rəsmi şəxslər və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qitə birinciliyində 2 medal qazanılıb. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 90 kq çəkidə yarışan Furudin Dadaşov isə bürünc medala sahib çıxıb.






Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatinda-tarix-yazan-azerbaycan-cudoculari-vetene-qayidiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR