"Azəristiliktəchizat": "Hazırıq!"

"Azəristiliktəchizat": "Hazırıq!"
18:37 14 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq. Bunu Trend-ə "Azəristiliktəchizat" ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.

R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.

O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR