Şəkidə DƏHŞƏT: 80 yaşlı kişi boğazını kəsdi və...

Şəkidə DƏHŞƏT: 80 yaşlı kişi boğazını kəsdi və...
18:43 14 Noyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki rayon sakini boğazını kəsərək intihara cəhd edib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 15 radələrində rayonun Yeni Çələbixan qəsəbə sakini, 1936-cı il təvəllüdlü Bəyəndin Sevindik oğlu Məmmədov boğazın kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən 80 yaşlı Bəyəndin Məmmədov intihar etmək məqsədi ilə kəsici alətlə boğazını kəsib. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Bəyəndin Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, B.Məmmədov əvvəllər də bir-neçə dəfə intihar etmək məqsədi ilə özünə xəsarət yetirib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. (Apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR