Lukaşenko: “Bu, Rusiya üçün hədiyyə deyil”

Lukaşenko: “Bu, Rusiya üçün hədiyyə deyil”
18:53 14 Noyabr 2016
123 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ prezidenti seçilmiş Donald Tramp Rusiya üçün hədiyyə deyil. Çünki, Tramp ilk növbədə Amerikanın maraqlarını müdafiə edəcək”.

Publika.az Belarusun “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən Rusiyada eşidirdim ki, Trampın seçilməsi yaxşıdır, Hillarinin seçilməsi pis olardı. Deyə bilərəm ki, Trampın seçilməsi Rusiya üçün hədiyyə deyil. Klinton hakimiyyətə gəlsəydi, ABŞ-ın Rusiya ilə bağlı siyasətinin ümumi istiqaməti bağlı olardı. Trampın seçki kampaniyasındakı şüarı “Amerikanı yenidən böyük edək!” idi. Bəs, Rusiyanın yeri haradadır?” - Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, qlobal dövlətlərin yerinin necə olacağı əsas məsələdir.

“Və siz narahat olmayın, biz itməyəcəyik”, - Belarus lideri əmin edib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR