"Bu klubdakı vaxtım sona yaxınlaşır"

"Bu klubdakı vaxtım sona yaxınlaşır"
19:27 14 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin eks-futbolçusu Frenk Lempard ilin sonunda hazırki klubu "New York City"dən gedəcəyini açıqlayıb. Goal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İnstagram səhifəsində bunları yazıb:

"Bu klubdakı vaxtım sona yaxınlaşır. Bir çox insanlara geridə qalan 2 ildə göstərdiyi dəstək və isti münasibətə görə təşəkkür etmək istərdim. Klubda çalışan hər kəs özümü yaxşı hiss etməyimdə mühüm rol oynadı. Belə inanılmaz şəhəri təmsil edən komandada oynamaq çox xoşuma gəlirdi. Buradan xoş xatirələrlə ayrılacam. Karyeramın növbəti etapına qədəm qoyuram. Bu barədə daha sonra biləcəksiniz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR