Pekində sahəsi 30 kvadratmetr olan miniatür otel inşa olunub.
AZƏRTAC "novate.ru" saytına istinadla bildirir ki, layihə müəllifləri tərəfindən orijinal şəkildə planlaşdırılan oteldə vestibül, kitabxana, sanitar qovşağı və gecələmək üçün yer də var. Otelin inşasında tünd betondan istifadə edilib.
Kiçik otaqların normal işıqlandırılmasını təmin etmək məqsədilə pəncərələrin hündürlüyü döşəmədən tavanadək artırılıb. Maraqlıdır ki, kompakt otelin bütün pəncərələri həyətə baxır.
Milli.Az