Barak Obamanın vida səyahəti başlayır

Barak Obamanın vida səyahəti başlayır
20:37 14 Noyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama noyabrın 14-də dövlət başçısı qismində xarici ölkələrə son səyahətinə başlayır. Ağ evdən verilən məlumata əsasən, dövlət başçısı noyabrın14-dən 20-dək Yunanıstan, Almaniya və Peruya səfər edəcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Barak Obama Yunanıstanda Parfenona baş çəkəcək, qloballaşma haqda çıxış edəcək və ölkənin baş naziri Aleksis Tsiprasla görüşəcək.

ABŞ prezidentinin səfəri ərəfəsində Berlində gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Burada onun kansler Angela Merkellə görüşü planlaşdırılır. Amerika lideri, həmçinin Böyük Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Fransua Olland daxil olmaqla, bir sıra Avropa liderləri ilə də görüşəcək.

Barak Obama Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak edəcək, Çinin lideri Si Tsinpin və Avstraliyanın baş naziri Malkolm Ternbulla görüşlər keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR