Tərcümə Mərkəzinin yeni nəşri olan “Çex-Azərbaycan lüğəti” işıq üzü görüb

Tərcümə Mərkəzinin yeni nəşri olan “Çex-Azərbaycan lüğəti” işıq üzü görüb
20:47 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Çex-Azərbaycan lüğəti” işıq üzü görüb.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, lüğət çex dilinə yiyələnmək istəyən tələbələr, diplomatlar, iş adamları, tərcüməçilər üçün nəzərdə tutulub.
Nəşrin tərtibçisi filologiya elmləri doktoru, professor Elçin Mehri, redaktoru Güldəstə Nəsibdir. Lüğətin elektron versiyası yaxın günlərdə mərkəzin “Açıq kitab” elektron kitabxanası istifadəçilərinin ixtiyarına veriləcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR