Şamaxıdakı qədim Alban kilsəsinin sürüşmə riski var

Şamaxıdakı qədim Alban kilsəsinin sürüşmə riski var
20:52 14 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Şamaxı rayonunda qədim Alban kilsəsinin sürüşmə riski var.
"Report"un Şirvan bürosunun verdiyi xəbərə görə, Şamaxıda XIII-XIV əsrə aid qədim Alban kilsəsi sürüşmənin əhatə etdiyi ərazidə yerləşdiyindən hər an təhlükə ilə üzləşə bilər. 
Rayonun Qaravəlli, Cabani, Dədə Günəş kəndlərində də sürüşmə aktivləşib. Mədrəsə kəndində sürüşmə 20-yə yaxın fərdi ev üçün təhlukə yaradıb. Evlərdən 6-sı qəzalı vəziyyətə düşdüyündən iki ailəyə kompensasiya verilərək köçürülüb. 
Bir müddətdir davam edən sürüşmə ümumilikdə sakinlərə məxsus 20 hektara yaxın pay torpağını və 30 hektar örüş sahəsini əhatə edib. Kəndarası yollar tamamilə sıradan çıxıb. 
Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində yeni çatlar əmələ gəlib. Artıq məsələ ilə bağlı rayon rəhbərliyi tərəfindən əlaqədar qurumlara məlumatlar verilib. 
Yerli sakinlərin sözlərinə görə, 10 gün əvvəl əraziyə baxış keçirilsə də, hələlik heç bir nəticə yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanov "Report"a açıqlamasında ərazidəki sürüşmənin aktivləşməsinin səbəbini atmosfer yağıntılarının daha cox olması ilə izah edib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxidaki-qedim-alban-kilsesinin-surusme-riski-var1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR