Azərbaycan Dağıstandakı texnoparklarda rezident ola bilər

Azərbaycan Dağıstandakı texnoparklarda rezident ola bilər
21:02 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Dağıstanda 2018-ci ilə qədər tikiləcək "Avrora" texnopark və sənaye parkına Azərbaycan iş adamları maraq göstərir. 
"Report" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, investisiya dəyəri 600 mln. rubl təşkil edən layihənin 2017-ci ildə reallaşdırılmasına başlanacaq. Texnopark və sənaye parkında maşınqayırma, cihazqayırma, metalemalı, mebel, plastik məhsullar, habelə tikinti materiallarının hazırlanması sahəsində layihələr həyata keçiriləcək. Parkınların sahədi 68,6 hektar təşkil edəcək.
"Avrora"nın rezidentlərinə müxtəlif imtiyazların veriləcəyi nəzərdə tutulur. 
İrandan olan biznes-strukturları da bu parklara maraq göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-dagistandaki-texnoparklarda-rezident-ola-biler-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR