Ən yaxşı məktəb və ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

Ən yaxşı məktəb və ən yaxşı müəllim müsabiqəsi ləğv edildi
21:19 14 Noyabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məluamtına görə, fərmana əsasən "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 55; 2011, № 22, maddə 85) ləğv edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR