Aktyor keçmiş həyatına geri döndü

Aktyor keçmiş həyatına geri döndü
21:36 14 Noyabr 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Conni Depp haqqında yeni məlumat yayılıb.

Axşam.az-ın məlumatına görə, cavan həyat yoldaşı Ember Herd ilə qalmaqallı şəkildə boşandıqdan sonra aktyorun 2 uşağının anası Vanessa Paradiyə geri döndüyü iddia edilir.

Cütlük özü bir arada olduqları barədə rəsmi açıqlama verməsə də, onları restoranların birində şam yeməyində çox mehriban şəkildə görüblər.

Qeyd edək ki, Conni Depp və Vanessa 14 il vətəndaş nigahında yaşayıb. Bu müddət ərzində onların birgə münasibətdən 2 övladı dünyaya gəlib. Cütlük evlənmək qərarı aldığı bir ərəfədə, Depp Vanessanı ataraq Ember Herd ilə ailə qurub.

Məlumata görə, cütlüyün yenidən barışmasına səbəb boşanma ərəfəsində Vanessanın Deppin müdafiəsinə qalxması olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR