46 ildir bığına qayçı dəymir - FOTO

46 ildir bığına qayçı dəymir - FOTO
21:47 14 Noyabr 2016
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Çankırı şəhərində yaşayan Necati Çelik adlı sakin dünyanın ən uzun bığına sahib olan insanlardan biridir.

Milli.Az publika.az-a istinadən bildirir ki, 1970-ci ildə gənclərin saçlarını uzatmasına əsəbiləşərək bığlarını uzatmağa qərar verən türkiyəli o gün bu gündür bığını kəsməyib.

Bu qeyri-adi bığa görə illərdir "Pala" ləqəbi ilə çağırılan Necati qəribə görünüşünə qəribə məsəllə haqq qazandırır. Deyir ki, Allah qoça buynuz, kişiyə də bığ verib.
Necati Çeliyin 46 ildir kəsmədiyi bığının uzunluğu 2.45 metrə çatır. Bığlarını şarf kimi boynuna dolayan türkiyəli onunla fəxr edir. Onun fikrincə, bığ kişilərin sahib olduğu ən dəyərli şeydir.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR