Bakı-APA. Nizami rayonunda 11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 22:42-də başa çatıb.