Minik avtomobili ilə yük maşını toqquşub, ölən var

Minik avtomobili ilə yük maşını toqquşub, ölən var
22:42 14 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Pirvahid kəndi ərazisində "VAZ" markalı minik avtomobilin "MAN" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Seyidağa oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:54-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/489416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR