"Atletiko"nun yarımmüdafiəçisi Koke "Real"a qarşı Madrid derbisi barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, liderlə xal fərqinin böyüməməsi üçün ən azı heç-heçə qazanmaq istədiklərini bildirib.
"Təhlükəli derbidir. "Real"a imkan verə bilmərik ki, xal fərqini artırsın. Minimum heç-heçə lazımdır. Təbii ki, qələbə barədə düşünürük. Biz turnir cədvəlinin lideri idik. "Sevilya"ya uduzub 5-ci yerə endik. Xatırlayıram ki, beynəxalq oyunlarla əlaqədar 1-ci fasilədə yüksək dəstəni tərk etmək müzakirə olunurdu. İkinci fasiləyə 2-ci kimi yollandıq. İndi də şübhələr geri qayıdıb. Bu mövsüm biz topla daha çox oynayırıq. Variantlarımız çoxalıb. Lakin müdafiədə zəifləmişik. Bütün komanda ilə hücum və müdafiədə oynamaq lazımdır".
Milli.Az