Uzun zamandır yuxu vərdişləri üzərinə araşdırmalar aparan professor Dan Ariely səhərlər zəng səsinə oyandıqdan sonra təkrar yatmanın bədənə heç bir yaxşı təsirinin olmadığı qənaətinə gəlib.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu vərdişin insan orqanizminə böyük ziyanı var: "Əlavə 5,10 və ya 20 dəqiqə yatmanın bizi gün içərisində daha gümrah tutacağını hesab edirik. Amma vəziyyət belə deyil. Əksinə, yuxu bölünür, bu da bizi gün ərzində daha yorğun və yuxulu edir".
Milli.Az