Yardımlıda yanğın hadisəsi qeydə alınıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yardımlı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 256 m2 olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyalar və ev əşyaları 20 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.