“Çelsi”nin braziliyalı futbolçusu David Luis klubun rəsmi kanalının müxbirinə hücum çəkib.
Publika.az xəbər verir ki, müdafiəçi məşqdən reportaj hazırlayan müxbiri qucaqlayaraq kadrdan çıxarıb. Təbii ki, o, bunu zarafatla edib. Həmin görüntülər klubun rəsmi Instagram səhifəsində yayımlanıb.