Aİ-nin Şərq Tərəfdaşlığı proqramının sammitinin tarixi açıqlanıb

Aİ-nin Şərq Tərəfdaşlığı proqramının sammitinin tarixi açıqlanıb
02:57 15 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/Avropa İttifaqı (Aİ)Şərq Tərəfdaşlığı Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrinin növbəti sammitinə Estoniya sədrlik edəcək.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, növəbti tədbir 2017-ci ilin birinci yarısında Brüsseldə Estoniyanın sədrliyi ilə keçiriləcək.
Xəbərə görə, 2017-ci ildən Estoniya Aİ-yə sədrlik edəcək.
Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ai-nin-serq-terefdasligi-proqraminin-sammitinin-tarixi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR