Rusiyada nazir həbs edilib

Rusiyada nazir həbs edilib
04:12 15 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.
"Report" "İNterfax"a istinadən xəbər verir ki, bu haqa Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, o, "Başneft"in dövlət səhmlərinin "Rosneft"ə satılması ilə bağlı sövdələmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar alıb.
Məlumata görə, nazir hazırda həbsdədir və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-nazir-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR