2016-cı il tarixdə ən isti il olacaq

2016-cı il tarixdə ən isti il olacaq
08:37 15 Noyabr 2016
172 Dünya
Ölkə mətbuatı
A- A+

Cari il meteomüşahidə tarixində ən isti il olaraq rekorda imza ata bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Petteri Taalas bildirib ki, 2016-cı ilin yayının o qədər də isti keçməməsinə baxmayaraq, qış vaxtından əvvəl gəlib. Bu ilin orta statistik qlobal temperaturu sənayeyəqədərki dövrdə və sənaye dövründə müşahidə edilmiş ümumi orta istilik göstəricilərindən 1,2 dərəcə Selsi yüksək olub.

Alimlər bir neçə onilliyin statistik göstəricilərini analiz edərək o nəticəyə gəliblər ki, hava fenomeni olan El-Ninonun və bizim planetin temperaturunun yüksəlməsinin başlıca səbəbi havaya buraxılmış parnik qazlarıdır.

Ekspertlərin fikrincə, təbii fəlakətlərin tez-tez baş verməsi və güclü olmasının səbəbi iqlim dəyişikliyidir.

MƏQALƏDƏ: BMT

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR