Obama Suriyaya qoşun yeritməyəcək

Obama Suriyaya qoşun yeritməyəcək
08:52 15 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyadakı vəziyyəti nizamlamaq üçün hərbi müdaxilə istisna olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib.
 
"Suriyada vəziyyət Liviyadakından fərqlənir. 2011-ci ildə əlimizdə beynəlxalq mandat, BMT Təhlükəsizlik Şurasının qətnaməsi var idi. Suriyada vəziyyət daha mürəkkəbdir. Orada digər ölkələrin iştirakı mövcuddur.  Ona görə də biz münaqişənin siyasi həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik. Milli təhlükəsizliyimiz üçün bir nömrəli prioritet isə Mosulda və Rakkada İŞİD terror qruplaşması ilə mübarizə olmalıdır", deyə B.Obama bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR