15 NOYABR

15 NOYABR
08:58 15 Noyabr 2016
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

1919-cu il. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız – Bakı Dövlət Universiteti açılıb. Universitetin nizamnaməsi AXC parlamenti tərəfindən 1919-cu il sentyabrın 29-da təsdiq edilib. Universitetdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri fəaliyyət göstərib.
1991-ci il. Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə əlaqədar referendum keçirilməsi haqqında qərar qəbul edilib. Referendum 1991-ci il dekabrın 29-da baş tutub.
1927-ci il. Azərbaycanın Xalq Artisti, baletmeyster Xumar Zülfüqarovanın ad günüdür. Xoreoqrafiya məktəbini 18 yaşında bitirən Xumar Zülfüqarova Opera və Balet Teatrının (1945-1966) solisti işləyib. Dövlət Qastrol və Balet Birliyinin baş baletmeysteri və Dövlət Rəqs Ansamblının yaradıcısı olub.
1920-ci il. Cenevrədə sülhü qorumaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədinə xidmət edən ilk ümumdünya təşkilatının – Millətlər Liqası Assambleyasının (MLA) birinci iclası keçirilib. 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə əlaqədar MLA-nın fəaliyyəti dayandırılıb. 1920-ci ildə dünyada mövcud olan 65 iri dövlətin hamısı bu və ya digər dövrlərdə MLA-nın üzvü olublar. Yalnız ABŞ və 1932-ci ildə yaradılan Səudiyyə Ərəbistanı istisna təşkil edib.
Dünya Təkrar Emal Günüdür. Bu günün başlıca məqsədi hakimiyyət orqanlarının, ictimai və sənaye strukturlarının diqqətini resursların məhdud olması probleminin həllinə, hazır məhsulun dəyərini daha ucuz xammaldan istifadə hesabına ucuzlaşdırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizə məsələlərinə cəlb etməkdir.

Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/175958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR