Bəsirətli insan İmam Hüseynə (ə) necə beyət etdi?

Bəsirətli insan İmam Hüseynə (ə) necə beyət etdi?
09:05 15 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əbu Məxnəf "Muqtəl" kitabında yazır: "Ömər Səd (lən) Xəzimə qəbiləsindən olan bir kişini Həzrət Hüseynin (ə) yanına göndərir ki, Həzrətə desin: "Sənin bu diyara gəlməkdə məqsədin nədir?".

O kişi xeymənin kənarına gəlir və Həzrət (ə) tərəfdaşlarından soruşur ki, onu tanıyırsınız?
Deyirlər: "Bəli, o, xeyir əhlidir. Çox təəccüblüdür ki, bu cür təhlükəli və fitnəli vəziyyətdə peyda olmuşdur".
Həzrət (ə) buyurur: "Ondan soruşun ki, nə istəyir?".
Ona deyirlər: "Məqsədin nədir?".
Deyir: "İstəyirəm ki, İmam Hüseynin (ə) xidmətinə gedim".
Zuheyr ibn Qeyn deyir: "Silahını yerə qoy və daxil ol".
Deyir: "İtaət edirəm". Silahını yerə qoyur və xeyməyə daxil olur. İmamla (ə) salamlaşandan sonra onun əl və ayağını öpür və deyir: "Mənim mövlam! Sizi bu səhraya gətirən nədir?".
Həzrət (ə) buyurur: "Siz Kufə camaatının dalbadal göndərdiyi məktublardır".
Deyir: "Peyğəmbərin (s) oğlu! Sizə məktub göndərən insanlar bu gün İbni Ziyadın (lən) xüsusi adamlarıdır".
Həzrət (ə) buyurur: "Qayıt və sahibini eşitdiyindən agah et".
Deyir: "Mənim mövlam! Hansı aqil behişti qoyub cəhənnəm atəşini seçər?! Allaha and olsun ki, səndən ayrılmayacağam o zamana qədər ki, canımı fəda edəcəyəm".
Həzrət (ə) buyurur: "Allah səni müqərrəbinlərdən qərar versin, necə ki, bütün varlığınla bizə bağlandın".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR