Rəqiblərimiz oynayır, yığmamız istirahət edir

Rəqiblərimiz oynayır, yığmamız istirahət edir
09:12 15 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün milli komandaların iştirakı ilə növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunu başa vuran Avropa yığmaları qüvvələrini yoldaşlıq matçlarında sınayacaq.

Azərbaycan millisi əksər Avropa ölkələrindən fərqli olaraq noyabr ayını bir matçla başa vursa da, seçmə mərhələdəki rəqiblərimiz bu gün də meydana çıxacaq. Qrupumuzun lideri Almaniya İtaliya ilə üz-üzə gələcək. Bu matç yoxlama matçları arasında ən çox diqqət çəkən 2 qarşılaşmadan biridir. Daha bir maraqlı oyunda İngiltərə ilə İspaniya üz-üzə gələcəklər.
 
3 gün öncə yığmamızın qapısından 4 cavabsız qol keçirən Şimali İrlandiya isə Xorvatiya ilə görüşəcək. Çexiya isə öz meydanında Danimarkanı sınağa çəkəcək.
 
Qrupumuzun digər iki komandası Norveçlə San-Marino isə elə yığmamız kimi 2016-cı ili başa vurub. Hər üç komanda məğlubiyyət aldığı seçmə oyunundan sonra bu il meydana çıxmayacaq.
 
Yoldaşlıq oyunları
15 noyabr

20:00. Rusiya - Rumıniya
22:00. Malta - İslandiya
22:45. Macarıstan - İsveç
23:00. Ukrayna - Serbiya
23:30. Çexiya - Danimarka
23:45. Avstriya - Slovakiya
23:45. İtaliya - Almaniya
23:45. Şimali İrlandiya - Xorvatiya
00:00. İngiltərə - İspaniya
00:00. Fransa - Kot-d`İvuar

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR