DƏHŞƏT: Ana və 5 uşağı diri-diri yandı

DƏHŞƏT: Ana və 5 uşağı diri-diri yandı
10:13 15 Noyabr 2016
230 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tver vilayətinin Penkovo kəndində yanğında altı nəfər ölüb.

Noyabrın 15-də gecə evdə baş verən yanğında ölənlərin ana və onun beş uşağı olduğu bildirilir.

Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə şok vəziyyətində xəstəxanaya çatdırılıb.

Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. Səhərə yaxın yanğının qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR