Saxta sənədlərlə avtomobillərin Azərbaycandan Gürcüstana keçirilməsinin qarşısı alınıb

Saxta sənədlərlə avtomobillərin Azərbaycandan Gürcüstana keçirilməsinin qarşısı alınıb
10:27 15 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin (Gürcüstan) ərazisinə keçirilməsinin qarşısını alıb.
Bu barədə “Report”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Belə ki, “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportage” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstana keçirmək istəyərkən saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/saxta-senedlerle-avtomobillerin-azerbaycandan-gurcustana-kecirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR