Rusiyada ev yandı: ana və beş uşağı öldü

Rusiyada ev yandı: ana və beş uşağı öldü
10:32 15 Noyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tver vilayətinin Penkovo kəndində yanğında altı nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, noyabrın 15-də gecə evdə baş verən yanğında ölənlərin ana və onun beş uşağı olduğu bildirilir.
 
Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə şok vəziyyətində xəstəxanaya çatdırılıb.
 
Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. Səhərə yaxın yanğının qarşısı alınıb.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR