58 yaşlı kişi özünü güllələdi

58 yaşlı kişi özünü güllələdi
10:38 15 Noyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün rayonun Parlament prospekti 1, mənzil 40 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Ziyafət Paşa oğlu Hüseynov həmin ünvanda ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR