ARDNF indiyədək AÇG və "Şahdəniz" layihələrindən 124 mlrd. dollara yaxın gəlir əldə edib

ARDNF indiyədək AÇG və "Şahdəniz" layihələrindən 124 mlrd. dollara yaxın gəlir əldə edib
10:47 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu günə qədər "Azəri-Çıraq-Günəşli" neft (AÇG) və "Şahdəniz" qaz yatağının istismarından əldə etdiyi gəlirlərinin məbləğini açıqlayıb. Bu barədə "Report"a Fonddan bildirilib.
Məlumata görə, ARDNF-nin AÇG layihəsi üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ümumi gəliri 121,03 mlrd. ABŞ dolları təşkil edib. Bunun 4,021 mlrd. dolları 2016-cı ilin payına düşüb.
Fond "Şahdəniz" layihəsindən isə 2007-ci ildən bu il noyabrın 1-nə qədər 2,506 mlrd. dollar gəlir əldə edib. Bunun isə 64 mln. dolları bu il əldə olunub.
Başqa sözlə, ARDNF-nin bu iki layihə üzrə ümumi gəlirləri 123,536 mlrd. dollar olub ki, bunun da 4,085 mlrd. dolları 2016-cı ilin payına düşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-indiyedek-acg-ve-sahdeniz-layihelerinden-124-mlrd-dollara-yaxin-gelir-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR