"The Wall Street Journal" ABŞ dövlət katibi vəzifəsinə namizədlərin adlarını açıqlayıb

"The Wall Street Journal" ABŞ dövlət katibi vəzifəsinə namizədlərin adlarını açıqlayıb
10:47 15 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası dövlət katibi vəzifəsinə iki namizədi gözdən keçirir. Bunlar Nyu Yorkun keçmiş meri Rudolf Culiani və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltondur.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, R.Culiani D.Trampın köhnə dostu və müttəfiqidir, C.Bolton isə 2015-ci ildə İranın bombalanmasını istəyən neokonservator kimi tanınır. Yeni prezident son qərarını qarşıdakı həftələrdə bildirməlidir. Eyni zamanda, namizədlərin siyahısının dəyişməsi də mümkündür.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirilib. D.Tramp 290 seçici səsi toplamaqla 270 səs həddini aşıb və rəqibi, sabiq dövlət katibi Hillari Klintonu (228 səs) üstələyib. Yeni prezidentin andiçmə mərasimi yanvarın 20-nə təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dunya/the-wall-street-journal-abs-dovlet-katibi-vezifesine-namizedlerin-adlarini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR