SOCAR istiqrazlarının alış qiyməti azaldılıb

SOCAR istiqrazlarının alış qiyməti azaldılıb
10:57 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 3,56 dollar azaldıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, hazırda SOCAR istiqrazları 1 004 dollardan alınır. İstiqrazların satış qiyməti isə dəyişməyib və 1 018 dollar təşkil edir.
Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 10,44 dollardan 14 dollara qədər artırıb.
SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir, faizlər 3 aydan bir ödənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/socar-istiqrazlarinin-alis-qiymeti-azaldilib-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR