Maşallah Əhmədovun işində şahid olan iranlı şəxs həbs edilib

Maşallah Əhmədovun işində şahid olan iranlı şəxs həbs edilib
10:59 15 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

 

Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti proses keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

 

Hakim məhkəmədə bildirib ki, cinayət işində şahid olan iranlı Məhəmmədpur Əlirza həbs olunub.

 

Prokuror çıxış üçün vaxt istəyib.

 

Proses noyabrın 22-də  edəcək.

 

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib.

Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu  qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR