"Brent" markalı neftin qiyməti 44 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti 44 dollardan aşağı düşüb
11:05 15 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarında "Brent" markalı neftin qiyməti bu gün 43,58 dollar/barelə kimi geriləyərək son 3 ayın minimal səviyyəsinə enib.

Milli.Az report-a istinadən bildirir ki, avqustun 11-dən sonra "Brent" nefti ilk dəfədir ki, 44 dollar/barel səviyyəsindən aşağı düşüb.

Neft bazarında mənfi tendensiyaya səbəb Beynəlxalq Energetika Agentliyinin (İEA) OPEC ölkələrinin oktyabr ayında hasilatı 230 min barel/gün və ya 0,68% artırması ilə bağlı hesabatı olub. OPEC-in öz hesabatına görə isə oktyabrda gündəlik hasilatda 240 min barel və ya 0,72% artım baş verib.
Xatırladaq ki, noyabrın 30-da OPEC-in Vyanada keçiriləcək növbəti iclasında hasilatın azaldılması ilə bağlı qərarın qəbul olunacağı gözlənilir. Belə ki, sentyabrda Əlcəzairdə baş tutmuş OPEC-in qeyri-formal sammitində neft ölkələri hasilatın 32,5-33 mln. barel/gün səviyyəsində məhdudlaşdırılması barədə ilkin razılığa gəliblər. "The Wall Street Journal" isə qeyd edir ki, analitiklər hasilatın 32,5-33 mln. barel/gün səviyyəsinə kimi azaldılmasını mümkün hesab etmirlər. Bu da neft qiymətlərinin aşağı enməsini sürətləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR