Azərbaycanlı müğənni üçüncü dəfə ana olacaq

Azərbaycanlı müğənni üçüncü dəfə ana olacaq
11:06 15 Noyabr 2016
598 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Zenfira İbrahimova ana olmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Hər şey daxil” verilişində deyib.

Z.İbrahimova aparıcılar Sevil və Sevinc Səfərovaların “Demişdin gizlin saxlayın. Amma biz efirdə deməliyik. Ana olmağa hazırlaşırsan. Ana olandan sonra 3 ay efirdə görünməyəcəksiniz. Yerinizi başqasının tutmasından qorxmursunuz” sözlərinə sənətçi belə cavab verib:

“Analıq hissi hər bir xanıma nəsib olsun. Əsas xeyirli övlad olmasıdır. İstəyərm beş, altı dəfə ana olum. Uşaqları sevirəm. Övladımın ruzisini Allah yetirəcək. Bu mənim yox, Allahın işidir”.

Qeyd edək ki, idmançı Anar Heydərovla ailəli olan Z.İbrahimovanın bir oğlan, bir qız övladı var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR