Rüşvət alan direktorun taleyi ilə bağlı qərar veriləcək

Rüşvət alan direktorun taleyi ilə bağlı qərar veriləcək
11:12 15 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Şirvan Apellyasiya Məhkəməsində 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, prosesə hakim Amil Dosiyev rəhbərlik edir. Ə. Həmzəyevlə bağlı qərar veriləcəyi gözlənilir.

Xatırladaq ki, artıq 3 dəfə Ə. Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası müxtəlif səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR