Nazir Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində - FOTO

Nazir Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində - FOTO
11:19 15 Noyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.


İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən Müdafiə naziri müvafiq göstərişlər verib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR