Geri qaytarılmayan malların SİYAHISI

Geri qaytarılmayan malların SİYAHISI
11:22 15 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaşların diqqət yetirməli olduqları məqamlardan biri də alınan məhsullardır. Belə ki, əksər hallarda istisnasız olaraq aldığımız malı qaytara biləcəyimizi düşünürük. 

Amma bu heç də belə deyil. Bəzi hallarda isə qaydaları bilmədiyimiz üçün ehtiyatlı davranmamağımız problemə yol açır.

Milli.Az fins.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bəzi məhsulların dəyişdirilməsi və ya qaytarılması qanunla qadağan olunub. 

Amma vətəndaşların bundan xəbərsiz olmaları əksər hallarda mübahisələrə və narazılıqlara səbəb olur. Bəzi hallarda bu mübahisələr, hətta məhkəmə proseslərinə çevrilir. Nazirlər Kabinetinin 1998-ci il 12 may tarixli qərarına əsasən, dəyişdirilməyən və qaytarılmayan malların siyası verilib.

Siyahıda qızıl və qiymətli daşlardan hazırlanan məmulatlar, parfümeriya və kosmetik vasitələr, çimərlik geyimləri, alt paltarları və corablar, məişət-kimya məhsulları, şəxsi gigiyena məhsulları, uşaq oyuncaqları, plastik yemək qabları və dəyəri ödənilmiş yararlılıq müddəti ərzində  mağazadan çıxarılan ərzaq malları daxildir.

Ə.Hüseynov bəzi məhsulların geri qaytarılmaması ilə razı olduğunu bildirir. O bildirib ki, şəxsi gigiyena vasitələrinin, yəni, daraq, diş fırçası, corab və digər geyimlərin qaytarılması ilə bağlı qadağa məntiqi cəhətdən düzgündür:

"Yəni, bu elə məhsullardır ki, istifadə edildikdən sonra qaytarılması gigiyenik cəhətdən düzgün deyil. Bir vətəndaşın istifadə edib geri qaytardığı məhsulu alan digər vətəndaş gözlənilməyən xəstəliklə qarşılaşa bilər. Buna uşaq oyuncaqları və plastik qabları da aid etmək olar".

Bununla yanaşı, Ə.Hüseynov hesab edir ki, bəzi məhsullarla bağlı qadağaların tətbiq edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. 

Söhbət qızıl-zinət əşyaları və kosmetik məhsullardan gedir. Ə.Hüseynov bildirir ki, bu məhsullarla bağlı qadağa əsassızdır. Onun sözlərinə görə, bəzi hallarda bununla bu məhsullarla bağlı mübahisələr yaranır. Məsələn, müştəri hər hansı ətiri alır. 

Digər mağazada onun daha ucuz olduğunu görür və yaxud evdə köhnə ətirlə müqayisə edib, yenisinin kefiyyətsiz olduğunu müəyyən edir. Amma mağazaya qaytara bilmir. Eyni halı qızıl və zinət əşyalarına da aid etmək olar.

Onun sözlərinə görə, qızıl və zinət əşyaları ilə bağlı şikayətlərin 60%-i AİİB-nin müraciəti əsasında öz həllini tapır: "Müştərinin aldığı məhsulla bağlı çeki varsa, mağazaya müraciət edirik. Əksər hallarda problemi həll etmək mümkün olur". 

Ə.Hüseynovun sözlərinə görə, bəzi hallarda isə mübahisələr məhkəməyə qədər uzanır. Onun sözlərinə görə, zinət əşyası alan vətəndaşlardan biri aldadılıb. Sumqayıt sakini iyul ayında qızıl mağazasından 4 min manatlıq zinət əşyası alıb. 

Əyyar palatasında ekspertiza zamanı məlum olub ki, qızılın əyarı deyiləndən aşağıdır. Yəni, zinət əşyasının real qiyməti 1500 manatdır. Ə.Hüseynov bildirib ki, saxtakarlıq halı ilə bağlı məhkəməyə müraciət edilib. 

AİİB sədri hesab edir ki, istehlakçıların hüquqların qorunması üçün qanunvericilikdə bununla bağlı dəyişikliklər edilməlidir: "Belə ziddiyyətli məqamlarla bağlı aidiyyəti qurumlara müraciət edilib".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40