Çin və Peru 2 milyard dollarlıq ticarət sazişi imzalayıb

Çin və Peru 2 milyard dollarlıq ticarət sazişi imzalayıb
11:42 15 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Çin və Peru ümumi dəyəri 2 milyard dollar olan ticarət sazişi imzalayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, saziş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti ərəfəsində imzalanıb.
Sazişə yüngül sənaye, toxuculuq sənayesi, kənd təsərrüfatı məhsulları, tibb sahəsi üzrə anlaşmalar daxildir.
Qeyd edək ki, Peru paytaxtı Limada keçiriləcək APEC sammiti noyabrın 17-18-də nazirlər səviyyəsində görüşlə başlayacaq. Noyabrın 19-20-də isə dövlət liderlərinin zirvə görüşü keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-ve-peru-2-milyard-dollarliq-ticaret-sazisi-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR